“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları oktyabrın 9-da Şuşa şəhərinə səfər ediblər.
Herbiand.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Şuşa şəhərindəki yaşayış kompleksinə gəlib. Qonaqlar daha sonra şəhərin müxtəlif yerləri ilə tanış olacaqlar. / AZƏRTAC /