Almaniyanın keçmiş kansleri Qerhard Şröderin Rusiya prezidenti Vladimir Putinlə görüşü alman siyasətçilərinin kəskin reaksiyasına səbəb olub.
Herbiand.az bildirir ki, bu barədə Bild nəşri yazıb.
“Yaşıllar” partiyasının üzvü Katrin Qerinq-Ekkardt X sosial şəbəkəsində hadisəsi ilə bağlı şərh verib: "Almaniya üçün rüsvayçılıq. Avropaya xəyanət. Dünyada sülhə zərər. Amma təəssüf ki, mən ondan bundan başqa bir şey gözləmirdim".
Avropa Parlamentinin üzvü Mari-Aqnes Ştrak-Tsimmerman öz açıqlamasında Şröderi "Almaniyanın ən həyasız təqaüdçüsü" adlandırıb və hadisənin "müqayisə olunmaz rüsvayçılıq" olduğunu əlavə edib.
XDS-nin sosial qanadının lideri Denis Radtke bir ziddiyyəti qeyd edib: “Almaniya hökumətinin keçmiş rəhbəri əvvəllər parlament istintaq komitəsində ifadə verməkdən imtina etmişdi, lakin buna baxmayaraq, o, Rusiyaya səfər edib”.
Qeyd edək ki, Kremlin mətbuat xidmətinin Putinin ad günü ərəfəsində verdiyi məlumata görə, Rusiya lideri uzun müddətdir tanış olduğu Almaniyanın keçmiş kansleri Herhard Şröderin Moskvaya işgüzar səfər etdiyini öyrənib. Daha sonra Putin onu evinə dəvət edib. Kreml daha sonra iki siyasətçinin birgə fotosunu dərc edib.
Bəxtiyar CƏFƏRLİ