Advertisment

Avropa İttifaqı Livana daimi hərbi kontingent yerləşdirmək niyyətindədir

Avropa İttifaqı Livana daimi hərbi kontingent yerləşdirməyi planlaşdırır. Bu missiyaya rəhbərlik etmək üçün Fransa və İtaliya arasında rəqabət artıq başlayıb.

Herbiand.az bildirir ki, bu barədə Rapporteur nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni hərbi missiyası üçün qüvvələrin əsas hissəsi İtaliya, Fransa və İspaniya tərəfindən təmin ediləcək. Kontingentin əksəriyyəti Beyrutda yerləşəcək. Bununla belə, ölkənin cənubunda İsraillə sərhədə yaxın ərazidə qoşunların yerləşdirilməsi nəzərdə tutulmur.

"Livandakı yeni Aİ hərbi missiyasının təxminən 100 nəfərdən ibarət daimi hərbi kontingentdən ibarət olması gözlənilir", - nəşr qeyd edib.

Bəxtiyar CƏFƏRLİ