Advertisment

Paytaxt qaranlığa bürünəcək-Sutkada 18 saat işıq kəsilə bilər

Kiyevdə elektrik enerjisinin verilişi saatlarla dayandırıla bilər.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Enerji Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Xarçenko açıqlama verib.  

“Ən pis senaridə paytaxtda işıqların sutkada 18 saatadək kəsilməsi ilə üzləşə bilərik”- deyə, Xarçenko bildirib.

Onun sözlərinə görə, Kiyevin ayrı-ayrı ərazilərində istilik və su təchizatında da fasilələr yarana bilər.

Bundan əvvəl Kiyev meri Vitali Kliçko şəhər sakinlərinə “Kiyevi tərk edin” çağırışı edib.

Aydın

Herbiand.az