Honkonqda tanınmış kraliça, ikonik müğənni və aktrisa Anita Muinin külünün olduğu urnanın sirli şəkildə yoxa çıxması ilə bağlı böyük qalmaqal yaranıb.
Herbiand.az bildirir ki, hadisə barədə South China Morning Post qəzeti məlumat verib.
Sənətkarın qohumlarının sözlərinə görə, onun qalıqları təxminən üç ay əvvəl Lantau adasındakı Buddist monastırından yoxa çıxıb. Ailə üzvləri istintaqın o vaxtdan bəri heç bir nəticə vermədiyini və qalığın itirilməsinin onlar üçün ağır bir zərbə olduğunu bildiriblər.
Hüquq-mühafizə orqanlarından heç bir irəliləyiş əldə etməyən Muinin ailəsi birbaşa ictimaiyyətə kömək üçün müraciət edib.
Qeyd edək ki, A.Mui 2003-cü ildə 40 yaşında vəfat edib.
Bəxtiyar CƏFƏRLİ