Alyans bilərəkdən alyansın nizamnaməsinin 5-ci maddəsinin işə düşməsinə səbəb ola biləcək dəqiq şərtləri açıqlamır.
Herbiand.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin rəhbəri Aleksus Qrinkeviç Polşanın TVP World televiziya kanalına verdiyi müsahibədə bildirib.
O, deyib ki, qəsdən 5-ci maddənin işə düşməsinə səbəb ola biləcək şeylərlə bağlı qeyri-müəyyənliyi saxlayırlar: “Böhran vəziyyətində alyans müqavilədə nəzərdə tutulan digər mexanizmlərdən də istifadə edə bilər. Xüsusilə, bu, ölkələrdən biri təhlükə altında olduğunu düşünülən təqdirdə NATO Şurasının məsləhətləşmələr üçün çağırılmasına imkan verən 4-cü maddəyə aiddir”.
Qrinkeviç həmçinin, soyuq müharibə dövründə 4-cü maddənin heç vaxt işə düşmədiyini xatırladıb.
Bəxtiyar CƏFƏRLİ