Bir zamanların populyar televiziya serialı olan “Möhtəşəm yüz il”də balaca Mustafa rolunu oynayan Yusuf Berkan Demirbağ yenidən gündəmə gəlib. Herbiand.az xəbər verir ki, hazırda 21 yaşında olan aktyorun son fotosu görənləri təəccübləndirib.

Qeyd edək ki, serialda 6 yaşlı Şahzadə Mustafa obrazını canlandıran Yusuf Berkan hazırda Almaniyada yaşayır və sənətlə məşğul deyil. Məlumata görə, keçmiş aktyor proqramlaşdırma sahəsində çalışır.
Demirbağ uşaq yaşlarında serialdakı ifası ilə tamaşaçıların diqqətini cəlb etmişdi. İllər sonra onun necə dəyişməsi sosial şəbəkələrdə yenidən maraq doğurub. Beləliklə, ekranlardan uzaqlaşan gənc aktyor həyatını fərqli istiqamətdə davam etdirməyə qərar verib.
Aydın