Advertisment

Rusiya avtomobil brendi ötən ay heç bir avtomobil sata bilməyib

Payızın ilk ayında Rusiyada bir dənə də olsun “Amberavto A5” elektrik sedanı qeydiyyata alınmayıb.

Herbiand.az bildirir ki, bu barədə “Avtostat Info” xəbər verib.

Məlumata görə, sentyabr ayında Rusiyada “Amberavto” elektrik avtomobillərinin satışları sıfıra enib. Müqayisə üçün, iyul ayında 3, avqustda isə yalnız bir avtomobil alınıb.

A5 elektrik sedanı 160 at gücünə malik mühərrik və 63,0 kVt/saat batareya ilə təchiz olunub. CLTC dövrəsində 520 km-ə qədər məsafə qət edə bilir. Model iki versiyada mövcuddur və qiymətlərə müvafiq olaraq 2.225.000 və 3.350.000 rubl dövlət subsidiyaları daxildir.

Bəxtiyar CƏFƏRLİ