Hollivud aktrisası Lindsi Lohan məşhur "Valideynlər üçün tələ" (1998) filmindəki Holli və Enni əkizlər rollarına qayıdıb.
Herbiand.az bildirir ki, o, personajlarının ad günlərini qeyd edən video paylaşıb: 11 oktyabr 2026-cı il, onların 40 yaşı tamam olur.
Videoda Lohan növbə ilə əkizlərin rolunda görünür. Enni Hollini Britaniya aksenti ilə təbrik edir: "Salam, Holli, ad günün mübarək! 11 oktyabr olduğunu xatırlayırsan, elə deyilmi?" Holli Amerika aksenti ilə cavab verir: "Əlbəttə ki, 11 oktyabr olduğunu xatırlayıram! Ad günün mübarək, bacı."
Qeyd edəki ki, aktrisa " Valideynlər üçün tələ" filmində çəkiləndə 11 yaşında olub. Film uşaqlıqda ayrılan və təsadüfən yay düşərgəsində rastlaşan və valideynlərini bir araya gətirmək üçün yerlərini dəyişməyə qərar verən bacıların hekayəsindən bəhs olunur.
Bəxtiyar CƏFƏRLİ