Türkiyənin Malatya vilayətinin Darende rayonunda yerləşən Tohma dərəsi payızın gəlişi ilə sarı, qırmızı və yaşılın müxtəlif çalarlarına bürünən ağacları ilə diqqət çəkir.
Herbiand.az xəbər verir ki, bu görüntülər Tohma çayının ətrafında lentə alınıb.

Dərin və dik yamaclı çay dərəsində çinar, sərv, söyüd, qovaq, qoz, itburnu və əncir ağaclarının yaratdığı rəngarəng mənzərə dron vasitəsilə çəkilib.
Tarixi və təbii gözəllikləri ilə ilin dörd fəslində gizli cənnəti xatırladan dərə nəhəng qayalıqları, özünəməxsus bitki örtüyü və toxunulmamış təbiəti ilə ziyarətçiləri qarşılayır.
Geoloji proseslər nəticəsində formalaşan, sıldırım qayalıqların arasından Tohma çayının axdığı dərə payızın gəlişi ilə sarı, qırmızı və yaşılın müxtəlif çalarlarına bürünüb. Təbiətin rəngarəng mənzərəsi bölgəyə xüsusi gözəllik qatıb.
Aydın