Advertisment

Laos Prezidenti: Azərbaycan-Laos münasibətləri ənənələrə sadiqdir

"Sizin əvvəlki prezidentiniz Heydər Əliyev vaxtilə Laosa səfər edib”.

Herbiand.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.

O bildirib ki, həmin səfərdən xoş təəssüratları hələ də qalmaqdadır: “Heydər Əliyevin Laosa səfəri çox mühüm nəticələr doğurmuşdu. Bu gün Prezident İlham Əliyevə təşəkkür edirəm ki, o xalqlarımız arasında xoş münasibətlər yaradan şəxsin oğludur. Bizim münasibətlər ənənələrə sadiqdir”.