Advertisment

Thonqlun Sisulit: İnanıram ki, Laos və Azərbaycanın aidiyyəti qurumları əməkdaşlığı genişləndirəcək

“Laos və Azərbaycan tarixi dostluq ənənələrini bərpa edəcəklər”.

APA xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.

“Cənab Prezident İlham Əliyev ölkələrimiz arasındakı bu tarixi dostluq və xeyirxahlıq ənənələrini yenidən nəzərdən keçirməyin, onları bərpa etməyin və siyasət, diplomatiya ilə yanaşı, iqtisadiyyat, ticarət, investisiya, gediş-gəliş, turizm və insan resurslarının inkişafı kimi sahələrdə əməkdaşlığı genişləndirməyin vacibliyini vurğuladı. Laosun da bu imkanlardan yararlanması nəzərdə tutulur. Bununla yanaşı, inanıram ki, bu səfər zamanı hər iki ölkənin aidiyyəti qurumları bir-biri ilə sıx əlaqə saxlayacaq, iki dövlət başçısının bu gün əldə etdiyi razılaşmaları həyata keçirmək üçün iş birliyini genişləndirəcəklər”, - Laos Prezidenti əlavə edib.