Advertisment

Turisti ağcaqanad sancdı: danışıq qabiliyyətini itirdi

Həkim olan rusiyalı turist denq qızdırmasının simptomlarını təkbaşına idarə etməyə çalışdıqdan sonra Vyetnamda ağır vəziyyətdə xəstəxanaya düşüb. O, artıq 6 gündür yerli xəstəxanadadır və müvəqqəti olaraq danışıq qabiliyyətini itirib.

Herbiand.az bildirir ki, bu barədə Mash xəbər verib.

Xəstəliyin ilk əlamətləri onun tətili zamanı ortaya çıxıb. Mariya adlı qadında şiddətli baş ağrısı və qızdırma yaranıb. Yaxşılaşdığını düşünən rusiyalı qadın tətilini davam etdirib, lakin vəziyyəti tezliklə kəskin şəkildə pisləşib. Burundan qanaxma, ovuclarında və dabanlarında şiddətli qaşınma yaranıb. Testlər trombosit sayında kəskin azalma göstərib və təcili xəstəxanaya ehtiyac yaranıb.

Hazırda qurbanın bədəni səpgi ilə örtülüdür, zəiflədici halsızlıq hiss edir, hər üç saatdan bir yuxuya gedir və danışa bilmir.

Denq qızdırması - yoluxmuş həşəratların sancmaları vasitəsilə ötürülən kəskin virus xəstəliyidir. Ağır formalarda infeksiya daxili qanaxmaya, davamlı qusmağa və tənəffüs çatışmazlığına səbəb olur.

Bəxtiyar CƏFƏRLİ