Advertisment

Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib

2025-ci ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib.

Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “Al Jazeera“ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin yanvarından etibarən ABŞ Ukraynanın müdafiəsinin maliyyələşdirilməsinə vəsait ayırmayıb və bu ehtiyacların maliyyələşdirilməsini əsasən Avropa öz üzərinə götürüb.

Sikorski ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi məsələsinə də toxunub. O bildirib ki, Ukraynanın belə məlumatları əldə etdiyi digər mənbələr də var.