Advertisment

FIFA U-20 dünya çempionatının brendi nümayiş olunub

FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, həmçinin Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.

AFFA-dan Herbiand.az-a verilən məlumata görə, layihə çərçivəsində turnirin rəsmi emblemi və brend elementləri hər iki məkanda xüsusi vizual effektlərlə təqdim olunub.

Qeyd edək ki, 2027-ci ildə U-20-lər arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.