Bu ilin 30 sentyabr tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 74 003 milyon ABŞ dolları təşkil edib.
Herbiand.az -a Fondun məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% və ya 3 842,7 milyon ABŞ dolları artıb.
Hesabat dövrünün sonuna Fondun investisiya portfelinin 34,7%-i istiqrazlar və pul bazarı alətlərinin, 25,8%-i səhmlərin, 32,8%-i qızılın, 6,7%-i isə daşınmaz əmlak və infrastruktur investisiyalarının payına düşüb.
Qızıl investisiyalarının həcmi 184,8 ton təşkil edib.