Litva Amerikanın Lockheed Martin şirkətindən AN/TPS-77 MRR mobil orta mənzilli radarlar alıb. Hərbçilər artıq onları yerləşdirməyə başlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Robertas Kaunas bildirib ki, ölkə hava hücumundan müdafiəni sistematik şəkildə gücləndirməyə davam edir: “Bu il üçün yeni müqavilələr planlaşdırılır. Bu, həm hava təhdidlərinin aşkarlanmasını, həm də zərərsizləşdirilməsini daha da gücləndirəcək”.
Nazirlik qeyd edib ki, AN/TPS-77 MRR radarları NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminə real vaxt rejimində məlumatlar ötürəcək. Bu, Alyansın hava məkanının vahid mənzərəsini yaratmağa və Litvanın müttəfiqləri ilə koordinasiyasını gücləndirməyə kömək edəcək.
Bəxtiyar CƏFƏRLİ