Advertisment

Ukraynada səfərbərlikdən möhlət götürənlərin sayı hərbçilərdən çoxdur

Səfərbərlikdən azad olan, möhlət götürən və ya gizlənən ukraynalıların sayı Silahlı Qüvvələrdə xidmət edən hərbçilərin sayından xeyli çoxdur.

Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski BBC-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, son altı ay ərzində ölkədə aylıq olaraq 10 minlərlə yeni möhlət verilib. Koretski xəbərdarlıq edib ki, bu tendensiya davam edərsə, nəticədə "tamamilə hamı azad olacaq ".

Baş nazir möhlət verilməsində çoxsaylı sui-istifadə hallarını da qeyd edib. Buna görə də hökumət ölkənin müdafiə qabiliyyətinə üstünlük verərək möhlət verilməsi prosesini sərtləşdirməli olacaq.

Bəxtiyar CƏFƏRLİ