Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin(ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüş keçirib.
Bu barədə Herbiand.az-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ANAMA-nın yaradılması tarixi, fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Dmitro Şlapaçenko humanitar minatəmizləmə fəaliyyətinin Qarabağda təhlükəsiz həyatın bərpasında mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti, BMT ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.