Advertisment

General Ukraynanın raket proqramı ilə bağlı açıqlamaları tənqid edib

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş komandan müavini, general Sergey Krivonos Ukrayna raket proqramını və ballistik raketlər hazırlayan "Fire Point" şirkətini tənqid edib.

Herbiand.az bu barədə yerli mətbuata istinadən bildirir.

Onun sözlərinə görə, Ukrayna ballistik raketlərinin Rusiya ərazisində istifadəsi ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Hesab edirəm ki, raketlərin hazırlanması üçün ayrılan vəsait naməlum istiqamətə yönəldilib. Raket Rusiyaya doğru uçub. Uçmaq çatmaq demək deyil. Çatmaq düşmək demək deyil. Bu, başqa bir informasiya fırıldağıdır. Mən bu videoları ciddiyə almıram. "Fire Point"un səmərəliliyi sıfıra yaxındır”.

General Ukrayna hüquq-mühafizə orqanlarını büdcə vəsaitlərinin necə xərclənməsinin səbəblərini araşdırmağa çağırıb: "Ümid edirəm ki, "Fire Point" nə vaxtsa ədalət qarşısında cavab verəcək. Pul haradadır və bu proseslərə kim rəhbərlik edib?".

Krivonos həmçinin, informasiya manipulyasiyasına da toxunub: “Raketin "Rusiyaya doğru uçduğu" iddiaları auditoriyada hədəfin uğurla vurulduğu barədə yalan təəssürat yaradır. Bu, baş verənlər barədə müsbət təsəvvür yaratmaq üçün edilir”.

Bəxtiyar CƏFƏRLİ