Advertisment

Rusiya vətəndaşlığı üçün müraciət edən ABŞ jurnalisti “Axmat”la müqavilə imzalayıb

Əvvəllər Rusiya vətəndaşlığı ilə bağlı müraciət edən amerikalı jurnalist Kristofer Helali Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı qüvvələri ilə müqavilə imzalayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov bildirib.

"Sizi Vermont ləqəbli Kristoferlə tanış etmək istərdim. Bu yaxınlara qədər amerikalı, Amerika vətəndaşı, keçmiş dəniz piyadası ABŞ ordusunda xidmət edirdi. Kristofer artıq müqavilə imzalayıb və başa vurub", - Alaudinov Telegram kanalında paylaşdığı videoda bildirib.

O deyib ki, atası iranlı, anası yunan olan jurnalist İranın ali lideri Əli Xameneinin dəfn mərasimində iştirak etdiyinə görə ABŞ-da terrorçu elan edilib: "Və sənə deyə bilərəm ki, sən əsl kişisən. Ailəmizə, “Axmat” xüsusi təyinatlı dəstələrinin ailəsinə xoş gəlmisən".

Kristofer Helali Donbas da daxil olmaqla, Rusiyaya bir neçə dəfə səfər edib.

Bəxtiyar CƏFƏRLİ