İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin amerikalıların müharibəni rədd etdiyini göstərdiyini bildirib.
Herbiand.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsində yazıb.
Qalibaf seçkilərin nəticələrini ABŞ əhalisinin yaşayış xərcləri ilə bağlı narahatlığı və ölkənin xaricdə hərbi əməliyyatlarda iştirakına qarşı mövqeyi ilə əlaqələndirib.
“İstər vicdanlarına, istərsə də yaşayış xərclərinə görə amerikalılar müharibəyə “Yox” dedilər və biz bu mesajı dəstəkləyirik”, – İran parlamentinin sədri bildirib.
O, ABŞ administrasiyasına xəbərdarlıq da edib.
“Əgər ABŞ hökuməti beynəlxalq himayədarlara və şantajçılara xidmət etmək üçün öz xalqının iradəsinə xəyanət etsə, bizim “Yox” cavabımızın kabusla müşayiət olunduğunu anlayacaq”, – Qalibaf vurğulayıb.