Advertisment

Rusiya oktyabr ayında Ukraynaya zərbələrin intensivliyini artırıb

Rusiya Silahlı Qüvvələri 2026-cı ilin oktyabr ayında Ukrayna ərazisinə kiçik qanadlı raketlər və “Geran” tipli reaktiv dronlardan istifadə edərək zərbələrin intensivliyini artırıb.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının kommunikasiya şöbəsinin rəisi Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, ötən ay Rusiya hərbçiləri təxminən 360 “Banderol” və “Dan-T” kiçik qanadlı raketlərdən istifadə edib. Bundan əlavə, 4740 ədəd “Geran-2”, “Gerbera” və “Parodiya” PUA-nın, eləcə də 4000-dən çox “Geran-4” və “Geran-5” reaktiv dronlarının istifadəsi qeydə alınıb. Həmçinin, 150-dən çox raket atılıb.

Oxşar məlumatlar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən də təqdim edilib. Onların hesablamalarına görə, oktyabr ayında Rusiya ordusu tərəfindən istifadə edilən “Geran-¾/5” reaktiv mühərrikli pilotsuz uçuş aparatlarının sayı 4000-i keçib. Ukrayna ordusu “Geran-2” və “Harpia” porşen mühərrikli PUA-ların sayının təxminən 2400-2500-ə endirildiyini bildirib.

Bəxtiyar CƏFƏRLİ