Şərur rayonunun qəhrəman oğulları — şəhidlər Babayev Əli Həsən oğlu, Xəlilli Murad Vəli oğlu və Əliyev Lətif Oruc oğlunun şəhadətə yüksəlmələrinin altıncı ildönümü münasibətilə Şərur rayon Şəhidlər xiyabanında ümumrayon anım tədbiri keçirilmişdir.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Mərasimi giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ceyhun Davidov tədbir iştirakçılarına Şərur Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Kamal Cəfərovun salamlarını çatdırmışdır. O, çıxışında şəhidlərimizin keçdiyi şərəfli dövlət yolundan, Vətənə sədaqətlərindən və göstərdikləri qəhrəmanlıq nümunələrindən ətraflı bəhs etmişdir. Eyni zamanda, dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışılmışdır.
Daha sonra tədbirdə çıxış edən digər natiqlər şəhidlərimizin Vətən qarşısında misilsiz xidmətlərini vurğulamış, onların xatirəsinin hər zaman qəlblərdə yaşayacağını qeyd etmişlər.
Bəxtiyar ƏLİYEV