Amerika qırıcı təyyarələri qərbi Aleut adalarında yerləşən Erikson Hərbi Hava Qüvvələri bazasında döyüş növbətçiliyini bərpa edib. Burada 1990-cı illərdən bəri belə hal yaşanmayıb.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, döyüş təyyarələrinin aerodroma qayıtması Rusiya və Çinin strateji bombardmançı təyyarələrinin artan imkanları ilə əlaqələndirilir.
Soyuq müharibə dövründə Erikson sovet hava qüvvələrinə qarşı mübarizə aparmaq üçün yerləşdirilən qırıcıların bazası kimi xidmət edib. Onilliklər sonra baza strateji əhəmiyyətini bərpa edir. Qeyd olunub ki, buna Alyaska bölgəsində Rusiya-Çin təyyarələrinin birgə uçuşları, eləcə də hər iki ölkənin bombardmançı qüvvələrinin modernləşdirilməsi səbəb olub.
Bəxtiyar CƏFƏRLİ