Tanınmış xanəndə Mütəllim Dəmirov yaşadığı ünvanda müşahidə etdiyi kommunal problemlərdən şikayətçidir. Herbiand.az xəbər verir ki, xanəndə bununla bağlı özünün feysbuk hesabında paylaşım edib.
Aidiyyəti qurumlara müraciət edən sənətçi ayzıb: “Qəsəbədəki 6 saylı "a" binasının ətrafına artıq beş aydan çoxdur ki, sular altında qalıb və vəziyyətlə maraqlanan yoxdur. Ərazinin antisanitar vəziyyətdədir”. Müğənni yazıb ki, yaranan gölməçələr və səpələnmiş tullantılar üzündən ərazidən hərəkət etmək demək olar ki, qeyri-mümkündür.
Mütəllim Dəmirov qeyd edib ki, mövcud problemin əsas səbəbi köhnəlmiş su borularının çürüməsidir və onların təcili olaraq yeniləri ilə əvəzlənməsinə ehtiyac var.
Paylaşılan fotolarda da həmin yaşayış binasının ətrafındakı torpaq sahələrinin və yolların su basması, eləcə də antisanitariya mənzərəsi açıq şəkildə əks olunub. Sakinlər uzun müddətdir həllini tapmayan bu məsələ ilə bağlı aidiyyəti qurumlardan təcili tədbir görülməsini tələb edirlər.
Aydın