Advertisment

Yeni tarix: Qarakənd faciəsindən 35 il ötür

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın “Mi-8” hərbi helikopterinin erməni silahlı birləşmələri tərəfindən vurulmasından 35 il ötür. Herbiand.az xatırladır ki, hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı həlak olub.

Onların arasında Azərbaycanın yüksək vəzifəli dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri və jurnalistlər olub.

Faciə qurbanları arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev və jurnalist Osman Mirzəyev də yer alıb.

Həlak olanlar sırasında Azərbaycan Dövlət Televiziyasının əməkdaşları Alı Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə də olub.

İlkin mərhələdə helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulduğu təsdiqlənib.

Qarakənd faciəsi Azərbaycan tarixinin ən ağır terror hadisələrindən biri kimi yadda qalıb.

Aydın

Hebriand.az