Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının (Academy of Military Sciences - AMS) Hərbi Araşdırmalar İnstitutunun elmi işçisi, baş polkovnik Li Şuyin ilə Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Herbiand.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşən Arif Həsənov iki ölkə arasında qurulan əlaqələrin hərbi təhsil sahəsində də uğurla inkişaf etdirildiyini bildirib.
Görüşdə qonaqlara MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi, tədris prosesi, elektron qəbul qaydaları və digər mövzulara dair təqdimat nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olublar. Onlara mərkəzin təyinatı, yaranma tarixi və vəzifələri barədə məlumatlar verilib.
Həmçinin tərəflər arasında müvafiq mövzularda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.