Advertisment

"Tanrı belə dostlardan qorusun": Polşadan Trampın Putin haqqında dediklərinə reaksiya

Polşa baş naziri və XİN rəhbəri ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin barədə açıqlamasına kəskin reaksiya veriblər.

Herbiand.az bildirir ki, Tramp Çində keçirilən görüşdə Putini "dostu" adlandıraraq "əla münasibətlərinin" olduğunu deyib.

Baş nazir Donald Tusk X sosial şəbəkəsində belə şərh yazıb: "Tanrı bizi belə dostlardan qorusun".

Xarici işlər naziri Radoslav Sikorski isə qeyd edib ki, Trampın Putini "qucaqlaması" həyəcan yaradır: "Onun Putini qucaqlaması, dost adlandırması bizi narahat edir. Sual yaranır: ən çox kiminlə dostluq edir, Putinlə, yoxsa bizim prezidentlə? Və qaçılmaz bir vəziyyət yaransa, nə edərdi? Kimi seçərdi?".

XİN rəhbəri həmçinin qeyd edib ki, Çində Si-Tramp-Putin görüşünün "yeni Yalta" kimi keçirilməsi ilə bağlı ritorika Kremlin gözləntilərinə uyğundur: "Yalta Moskvanın Mərkəzi və Şərqi Avropanı idarə etdiyi an idi. Bu gün, Allaha şükürlər olsun ki, biz suverenik və onlar müxtəlif məsələləri həll edə bilirlər. Ukrayna özünü müdafiə etməyə davam edəcək və biz də onu dəstəkləyəcəyik".

Bəxtiyar CƏFƏRLİ