Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışında olacaq.
AFFA-dan Herbiand.az-a verilən məlumata görə, toplanış çərçivəsində yığmamız Səudiyyə Ərəbistanının qadınlardan ibarət milli komandası ilə iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Milli komandanın baş məşqçisi Siyasət Əsgərov təlim-məşq toplanışı və yoldaşlıq matçları üçün 23 futbolçuya dəvət göndərib.
Yığmanın heyəti: Günay İsmayılova, Manə Mollayeva, Vüsalə Seyfəddinova, Jalə Məhsimova, Sona Rəhimova, Şəfəq Nəsirova, Mədinə Curuqova (hamısı “Neftçi”), Yeliz Acar, Esra Manya (hər ikisi “Beşiktaş”, Türkiyə), Aytac Şərifova, Sevinc Cəfərzadə (hər ikisi “Yüksekova Spor”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin”, Rusiya), Nərgiz Hacıyeva (“Turan”), Nigar Mirzəliyeva (“Hamburq”, Almaniya), Kamilla Məmmədova (“Şaxtyor”, Qazaxıstan), Nərgiz Əliyeva (“Sabah”), Alina Nəhmədova (“Safir”, Türkiyə), Aysun Muradova (“Şile BilgiDoğa”, Türkiyə), Peritan Bozdağ (“Fənərbağça”, Türkiyə), Kristina Bakarandze (“Nike Lusso”, Gürcüstan), Milana Rəhimova (“Ünyespor”, Türkiyə), Vüsalə Hacıyeva (“Liman”).
Qeyd edək ki, yoldaşlıq oyunları dekabrın 2-də və 5-də keçiriləcək. Hər iki qarşılaşma saat 15:00-da başlayacaq.