Mərhum Kraliça II Elizavetanın və onun kiçik bacısı Şahzadə Marqaretin uşaqlıq geyimləri hərraca çıxarılacaq.
Herbiand.az bildirir ki, bu barədə The Telegraph qəzeti xəbər verib.
Paltar əvvəlcə bacıların dayəsi Klara Nayta məxsus olub. 1946-cı ildə onun ölümündən sonra əşyalar qohumlarına miras qalıb. Paltarlar daha sonra qısa müddətə muzeydə nümayiş etdirilib. 2016-cı ildə britaniyalı antikvar Daniel Hadden onları kral ailəsi ilə əlaqəli digər əşyalarla birlikdə əldə edib.
Beş il sonra kolleksiyaçı televizorda gənc Elizabetin papatyalarla bəzədilmiş yaşıl paltarda fotosunu görüb. Oxşar paltar onun əldə etdiyi əşyalar arasında olub. Paltarın orijinallığını təsdiqlədikdən sonra Hadden onu bir neçə il sərgilərdə nümayiş etdirib.
Hərrac 3 dekabrda Hansons Auctioneers hərrac evində keçiriləcək. Lotların ilkin qiyməti 600 ilə 6,5 min funt sterlinq arasındadır.
Bəxtiyar CƏFƏRLİ