Advertisment

Kolbi: Sülh üçün Kiyevə ön cəbhəni saxlamağa kömək etməliyik

Vaşinqton və onun Avropa müttəfiqləri uzunmüddətli sülh üçün şərait yaratmaq məqsədilə Kiyevə ön cəbhədə qalmağa kömək etməklə bağlı səy göstərməlidirlər.

Herbiand.az xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi X sosial şəbəkəsində bildirib.

Onun fikrincə, ən təsirli həll yolu Ukrayna Silahlı Qüvvələrinin ön cəbhədə qalmasına dəstək olmaq, eləcə də orta mənzilli zərbələr endirməkdir: “Hesab edirəm ki, bu yanaşma Ukrayna ordusunun imkanlarını gücləndirəcək və münaqişənin uzunmüddətli həlli üçün zəmin yaradacaq”.

Kolbi qeyd edib ki, son bir həftə ərzində bu məsələ ilə bağlı bir neçə müzakirə aparıb. O, qarşılıqlı hörmət, aydınlıq və real yanaşmaya əsaslanan dialoqun davam etdirilməsinə ümid edir.

Bəxtiyar CƏFƏRLİ