Rusiya xüsusi hərbi əməliyyatdan (XHƏ) sonra təkmilləşdirilmiş Su-30 qırıcı təyyarəsinin ixracını təklif edir.
Herbiand.az bildirir ki, bu barədə Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Vadim Badexa “Zvezda” telekanalının "Hərbi qəbul" proqramında açıqlayıb.
"Bu gün xüsusi hərbi əməliyyat da daxil olmaqla, əldə etdiyimiz inkişafları, Su-35 layihəsində tətbiq etdiyimiz inkişafları - bu gün sahib olduğumuz ən yaxşı şeyləri - Su-30 platformasına gətiririk", - baş direktor deyib.
Onun sözlərinə görə, Su-30 daim modernləşdirilir və xarici müştərilərə yeni, müasir formada təqdim olunur.
Bəxtiyar CƏFƏRLİ