Advertisment

AC: Avropa Putinin sözlərinə məhəl qoymamaqla səhvə yol verdi

Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin qitədə yeni təhlükəsizlik arxitekturasını müzakirə etmək təkliflərinə daha əvvəl cavab verməli idilər.

Herbiand.az bildirir ki, bununla bağlı Amerikanın "The American Conservative" (AC) jurnalı məqalə dərc edib.

"Avropa liderləri Rusiya və Ukrayna arasındakı sülh danışıqlarında daha geniş Avropa təhlükəsizlik arxitekturasını müzakirə etməyə daha açıq olmalı, həm də bu mövzunun onlar üçün sürpriz olduğunu düşünməməlidirlər", - məqalədə deyilir.

Məqalədə qeyd olunub  ki, Moskva bu məsələni Ukraynadakı münaqişə başlamazdan çox əvvəl qaldırıb və buna görə də Avropa təhlükəsizliyinin danışıqlar gündəliyinə qayıtması Avropa siyasətçiləri üçün sürpriz olmamalıdır.

Məqalədə vurğulanıb ki, Putin təhlükəsizlik sisteminin yenidən nəzərdən keçirilməsinin zəruriliyindən ilk dəfə 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən danışıb. Daha sonra, 2021-ci ilin dekabrında, Ukraynadakı münaqişə başlamazdan bir neçə həftə əvvəl Moskva ABŞ və NATO-ya bu məsələni müzakirə etmək təklifini təkrarlayıb.

Bəxtiyar CƏFƏRLİ