Fransanın Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi VAB zirehli personal daşıyıcıları və AMX-10 RC təkərli tankları Şərqi Avropada döyüş üçün yararsızdır və bu da əhəmiyyətli itkilərə səbəb olur.
Herbiand.az bildirir ki, bunu hərbi ekspert və Fransa Silahlı Qüvvələrinin keçmiş paraşütçü zabiti Ksavye Moro TASS agentliyinə verdiyi müsahibədə deyib.
"Onlar Afrikada müharibə üçün əladır, lakin Şərqi Avropa əməliyyat teatrında onlar əsl fəlakətə çevriliblər" – keçmiş zabit qeyd edib.
Moro zirehli maşınları qeyri-kafi müdafiə, AMX-10 RC-nin isə köhnəlmiş 105 mm-lik topuna istinad edərək "hərəkət edən qəbiristanlıqlar" adlandırıb: “VAB dörd təkərli platforma üçün həddindən artıq ağırdır, palçığa ilişib qalır və pilotsuz uçuş aparatlarına qarşı həssasdır”.
Bəxtiyar CƏFƏRLİ