Böyük Britaniya Müdafiə Nazirliyində təlimlərə çağırılması planlaşdırılan ehtiyatda olan şəxslərin yarısının əlaqə məlumatları yoxdur.
Herbiand.az bildirir ki, bu barədə The Telegraph qəzeti məlumat verib.
Bir müddət əvvəl Müdafiə Nazirliyi təxminən 100.000 ehtiyatda olan şəxsin soyuq müharibədən bəri ilk dəfə təlimlərdə iştirak etməsini planlaşdırırdı. Lakin onların yalnız yarısı bildiriş alıb, nazirlik qalan hərbçilərin əlaqə məlumatlarını itirib.
"Məktublarını poçtla almalı olan 10 minlərlə veteran inzibati səhvlər səbəbindən onları almayacaq", - məqalədə deyilir.
Qəzetin mənbəyinə görə, Müdafiə Nazirliyində ehtiyatda olanların hazırkı yeri barədə heç bir məlumat yoxdur. Bunlar ordudan ayrılan, lakin müstəsna hallarda xidmətə geri çağırılma hüququna malik olan hərbçilərdir.
Bəxtiyar CƏFƏRLİ