Advertisment

"Qalatasaray" klubunun keçmiş qapıçısı karyerasını başa vurdu

Uruqvay millisinin sabiq qapıçısı, “Estudiantes”in formasını geyinən Fernando Muslera peşəkar futbolçu karyerasını bitirib.

39 yaşlı qolkiper bu barədə Libertadores Kubokunun finalında Braziliyanın “Palmeyras” klubuna 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

Muslera son matçına çıxdığını bildirərək qərarını belə şərh edib: “Futbolu bitirdim. Karyeramın son oyununa çıxdım. Bu barədə danışılırdı, amma mən təsdiqləməmişdim. Bu gün son idi. Rəhbərliklə danışmışdım. Hər kəsə çox təşəkkür edirəm”.

Qeyd edək ki, uruqvaylı qapıçı karyerasının 14 mövsümünü Türkiyənin “Qalatasaray” klubunda keçirib. İstanbul təmsilçisinin heyətində 8 dəfə Türkiyə çempionu olan Muslera 6 Superkubok və 5 ölkə kubokunun qalibi olub.

O, “Qalatasaray”da ümumilikdə 19 titul qazanaraq klub tarixinin ən çox mükafat əldə edən əcnəbi futbolçusuna çevrilib. Muslera Türkiyə Super Liqasında keçirdiyi 443 oyunla da turnirin əcnəbi futbolçular arasında rekordçusu olub.


Herbiand.az