Advertisment

Azərbaycanlı qazilər Türkiyə Milli Müdafiə Nazirliyində

Türkiyədə səfərdə olan Azərbaycanlı qazilər bu gün Ankarada Milli Mudafiə Nazirliyinidə olublar.

Herbiand.az xəbər verir ki, Azərbaycanlı qonaqları Türkiyə Cümhüriyyətinin Milli Müdafiə Nazirinin müavini Muhsin Dere qəbul edib.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və MHP Mersin millət vəkili Olucay Kılavuzda, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və Türkiyə Muharip Gaziler DƏrnəyinin sədri iştirak edib.

Qonaqları salamlayan Muhsin Dere əvvəlcə nazir Hülusi Akarın salamlarını görüşdə iştirak edənlərə çatdırb. O belə bir səfərin baş tutmasını yüksək qiymətləndirib və belə səfərlərin davamlı olmasının vacibliyini vurğulayıb. Azərbaycan ordusunun son illərdə imza atdığı uöğurları yüksək qiymətləndirən nazir müavini Vətən müharibəsində qazanılan qələbənin bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycandan gedən heyətin rəhbəri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli səmimi qəbula görə, Muhsin Dereyə təşəkkürünü bildirib. Emin Həsənli 84 milyonluq Türkiyənin Azərbaycana verdiyi dəstəyi qeyd edərək son illər iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirdiyini vurğulayıb. Dada sonra o,  Azərbaycanda ordu quruculuğuna Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyini yada salıb və buna görə təşəkkür edib.

Türkiyə Muharip Gaziler Derneğinin sədri Bəyazit Yumak Azərbaycanlı qazilərin Türkiyəyə səfərinin məqsədi barədə məlumat verib. Mersin və Adananın azad olunmasının 100 illiyi tədbirlərdə Azərbaycan və Türkuyə qazilərinin çiyin-çiyinə addımlamasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Nazir müavini görüşün sonunda Azərbaycan və Türkiyə qazilərinə hədiyyələr təqdim edib. Daha sonra Azərbaycan nünmayyəndə heyətinin rəhbəri Emin Həsənli də Muhsin Dereyə Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən kitab və digər hədiyyələr təqdim etdi.

Səfər heyəti Türkiyədə Gülhanə Hərbi Hospitalında müalicə alan Vətən müharibəsi iştirakçılarına da baş çəkib. Gülhanə Hospitalında baş həkim Serkan Gökkaya ilə də maraqlı görüş oldu. Azərbaycanlı qonaqlar Türkiyə həkimlərinin Vətən müharibəsində və sonra göstərdikləri dəstəyə görə, dərin təşəkkürlərini bildiriblər.

Azərbaycanlı qazilərin Türkiyədə səfərdə olduğundan xəbər tutan müğənni Azərin onlarla görüşmək istədiyini bildirib. Qazilərlə görüşən Azərin Kıprıs Qaziləri ilə Azərbaycan qazilərinin bigə görməyin çox xoş olduğunu söyləyib. Qazilərlə çox maraqlı söhbət olub. Azərinin qaziləri canlı ifası ilə salamlaması görüşə xüsusi ovqat bəxş edib.

Xatırladaq ki, Azərbaycanlı qazilərin Türkiyəyə səfəri Türkiye Müharip Gaziler Derneyinin dəvəti ilə Mersin və Adananın düşmən işğalından qurtuluşunun 100 illik yubileyi tədbirlərinə qatılmaq üçün həyata keçirilir. Səfər Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.