Advertisment

Ömrünü inşaata və quruculuğa həsr edən yaradıcı mühəndis

Veys Xudiyev - 80

 

(Portret çizgilər)

Bu yazımda ömrünü Azərbayçan inşaatının və metallurgiyasının inkişafına  sərf edən, bir insan haqqında danışmaq istəyirəm. O insan ki, ömrü çoxlu kitabların böyük mövzuları ola bilər. Ona görə də onu oxualarla daha yaxından  tanış etmək istəyirəm.

Veys Həmid oğlu Xudiyev. 1944-cü ilin noyabr ayının 10- da Gürcüstan Respublikasının  Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. Orta məktəbi kənddə bitirən Veys, sənədlərini Azərbayan Politexnik İnstitutunun inşaat fakültəsinə verib və həmin fakültəyə  daxil olub. 1963- cü ildə Hərbi xidmətə çağrılıb və xidmətini qurtarandan sonra təhsilini davam etdirib. 1969- cu ildə ali məktəbi tikinti mühəndisi kimi başa vurub. Elə həmin ildən 1985-ci ilə kimi tikintinin ayrı-ayrı sahələrində, Sənaye Tikinti Nazirliyinin tərkibində olan müəssisələrdə usta vəzifəsindən başlayaraq, idarə rəisi vəzifələrinə qədər yüksəlib. 1986-cı ildən- 2004-cü ilə kimi Əlvan Metallurgiya və Metallurgiya Dövlət  Şirkətində ( Metallurgiya Nazirliyi) idarə rəisi, trest müdiri, Təmir-Tikinti İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb, 2005-2006- çı illərdə Azərbayçan  Respublikasında zəlzələdən ziyan çəkmiş obyektlərin bərpası və yenidən qurulmasında, Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdirliyində baş direktor vəzifəsində, 2007-2010- cü illərdə Ədliyyə Nazirliyi, Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsində baş mütəxəsis kimi fəlaliyyət göstərmişdir.

Bütün bu illər ərzində respublika əhəmiyyətli obyektəlrin tikintisində, o cümlədən Dərin Özüllər zavodunun,  “II Kür Su Kəməri”nin və Su Təmizləyici  qurğuların, “Böyük Bakı”  Kanalizasiya  xəttinin və çirkab su təmizləyiçi qurğuların, Ceyranbatan Su Təmizləyci qurğuların, Sumqayıtda  “Azərikimya”  Dövlət Şirkətinin tərkibində olan çoxlu kimya müəssisələrinin tikintisində, Bakıda, Sumqayıtda, Gənədə, Daşkəsəndə, Qazaxda, Naxçıvanda və  Respublikaının bütün bölgələrində ixtisaslaşmış təmir-tikinti işlərinin qüsursuz yerinə yetirilməsində iştirak etməklə, bütün bu işlərin əsas aparıcısı olub Veys Həmidoğlu. O, 1995-2000-ci illərdə Sumqayıt şəhər Sovetinin deputatı olub və şəhər təsərrüfatının müəyyən sahələrində sosial obyektlərin tikintisində böyük köməkliklər göstərib. Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin, Gəncə şəhərində Nizami Rayon Məhkəməsinin, Oğuz Rayon Məhkəməsinin və Gədəbəy Rayon Məhkəməsi binalarının layihə-smeta sənədlərinin tərtib olunması və həmin binaların tikilməsi bilavasitə Veys Xudiyevin adı ilə bağlıdır. Eləcə də Bakıda, Sumqayıtda, Şəkidə və Şirvanda Məhkəmə kompleksinin də layihə müəllifi və inşaatçısı məhz Veys Xudiyev olub.

Veys Həmid oğlu Xudiyev 2010-cu ildən fərdi təqaüdə çıxıb. Həyatının müdrik çağında, hələ işləməyə böyük patensialı, güçü olduğu bir vaxtda məcbur  olub ki, evdə istirahət etsin və bağda ağaçlara qulluq eləsin… On beş ildir ki, öz sevimli işindən ayrılan və qurub yaratmağa böyük potensial gücü olan belə bir əsl mühəndisin Azərbaycanın quruculuğundan kənarda qalması həqiqətən də çox pisdir. Səksən illik yubileyi ərəfəsində mən onunla həmsöhbət oldum və onunla birlikdə yaşadığı səksən ili yada saldıq və kino lenti kimi gözlərimizin qarşısında canlandırdıq.

- Noyabr ayının 10-da sizin 80 illik yubileyiniz və noyabrın 22-də Sumqayıtın 75 yaşı tamam olur.  Siz də Sumqayıtla ucalan insanlardan birisiniz. Bəs  neçə oldu ki, taleyiniz Sumqayıtla bağlandı?

- 1961- ci ildə orta məktəbi bitirəndə bizə, Gürüstan vətəndaşlarına Azərbaycana gəlməkçün bir aylıq arayış verirdilər. Əgər ali məktəbə qəbul ola bilməsək, yenidən Gürüstana qayıtmalı idik. Mən də gəlib ali məktəbə qəbul oldum və başladım gündüz şöbəsində təhsil almağa. Amma biz həmin vaxt gündüz işləyib, öz ixtisasımız üzrə təcrübə toplayırdıq və axşam təhsil alırdıq. Çünki həmin vaxt elə bir qərar vardı. Ona görə də mənim iş stajım elə 1961- ci ildən başlayır. 1963- cü ildə hərbi xidmətə çağrıldım və üç il hərbi xidmətdə olub, yenidən gəlib təhsilimi davam etdirdim.

- Çox maraqlı bir faktdır ki, siz xidmət etdiyiniz hərbi hissədə qulluq edənləri həmin vaxt  Böyük Vətən Müharibəsi iştirakçısı kimi ordudan tərxis edirdilər. Ona görə də Azərbaycan Respublikası Prezidenti ulu öndər  Heydər Əliyevin  sərəncamı ilə  sizə 2000-ci ildə Böyük Vətən Müharibəsinin iştirakçısı kimi sənədlər və medal  verilib.

 - Mənim xidmət elədiyim hərbi hissə gizli idi. Onun adını biz heç vaxt deyə bilmərik. Mən orada qulluq elədiyimə görə, xidmət müddətimdə dəfələrlə fəxri fərmanlar və hətta faşist Almaniyası üzərində qələbənin 20 illiyi münasibəti ilə müharibə iştirakçısı kimi medalla təltif olunmuşam. Ona görə də Faşizm üzərində qələbənin də 55 illiyi münasibəti ilə məni çağırdılar və prezident, ulu öndər Heydər Əliyevin sərəncamı ilə müharibə iştirakçısı vəsiqəsini, “1941-45 - ci il” medalını da mənə verdilər.

Bəli. Taleyim 1969-cu ildən Sumqayıtla bağlanıb. Ali məktəbi əla qiymətlərələ bitirən cavan mütəxəssis kimi təyinatımı bu şəhərə verdilər. İlk iş yerim də Kimya Kambinatı Birliyinin Üzvi Sintezin divinil  sexi oldu. Qısa zamanda bu sexi ayrıca Üzvi Sintez zavodu etdilər. Həmin vaxtı bu zavodun direktoru Nurəddin Babayev və baş mühəndisi Fikrət Sadıxov oldu. Elə həmin vaxtdan da Kimya Sənayesinin bütün tikintisində, 2 nömrəli Tikinti -Trestinin mütəxəssisi kimi iştirak etmişəm. Axırıncı tikib təhvil verdiyim  kimya ilə bağlı EP-300 və Palimer-120  müəssisələri olub. Mən, 1985-ci ilə qədər Kimya Sənayesinin tikintisi ilə məşğul olmuşam. Bu sahədə əlimdən gələni etmişəm. Buna görə də qürür duyuram ki, Sumqayıtın quruculuğunda mənim də lazım olan kimi xidmətlərim olub.

- O vaxtlar kimya və inşaat  sahəsində tanınmış, bacarıqlı rəhbərlərdən hansılar yadınızda qalıb? Gəlin Sumqayıtın 75 illik yubileyi ərəfəsində onları xatırlayaq.

 - Elə rəhbərlər çox idi. Onlardan mən Nurəddin Babayevin, Fikrət Sadıxovun, Nərçə Ağayevin, Zamin Hüseynovun, Uçal Qasımzadənin, Hüseyn Qasımovun, Maqsud Əbdürrəhmanovun, Lətif Nəbiyevin, Maqsud Maqsudovun, Baloğlan Bayramovun, Akif Həsənoğlunun və başqalarını adını çəkə bilərəm.  Kərim Rəhim oğlu Axundov isə inşaatçıların hamısı üçün mütəxəssis kimi  etalon sayılırdı. O, bizim hamımızın inşaat sahəsində müəllimi idi.  Biz, inşaat sahəsində ondan çox şey öyrəndik…  Həmin vaxtı  Azərbayçan Tikinti- Quraşdırma Sənayesinin rəhbəri Telman Kazımovun kimya sənayesinin quraşdırılması  sahəsində böyük xidmətləri olub. Bunu yaddan çıxarmaq olmaz.

 - Bilirik ki, sizin bu keşməkeşli həyat yollarında dostlarınız çox olub.  Qırx  il rəhbər vəzifədə işləyibsiz. Həmin vaxtı çoxları  sizinlə dostluq etməyə  can atıblar. İndi onlardan kimlərin adlarını çəkə bilrsiniz?

- Bəli. Dostluq ən ülvi və müqəddəs bir işdir.  Mənim də bu həyat qovğalarında çoxlu dostlarım olub. Amma indi onlar  ələkdən ələnib və demək olar ki, cəmi bir neçəsi sağdır. İndi səksən ildən keçmişə baxanda, çox heyifislənirəm ki, belə sadiq dostlarım-  Şaiq  Həsənov, Şakir Həsənov və başqaları haqq dünyalarına qovuşublar. Artıq həyatda yoxdurlar...

- Sumqayıtda inşaat sahəsində böyük işlər gördüyünüz uğurlu işlərə imza atdığınız bir vaxtda, 1986- cı ildən taleyinizi metallurgiya ilə bağladınız. Bu nədən irəli gəldi?

- O vaxtlar Azərbaycan Metallurgiya Dövlət Şirkəti böyük işlərə imza atırdı. Həmin şirkətə də Sosialist Əməyi Qəhramanı Kərim Novruz oğlu Rizayevi rəhbər təyin etmişdilər. O da özü yaxşı mütəxəssis olduğuna görə, respublikada üzdə olan yaxşı mütəxəssisləri bu şirkətə işə dəvət edirdi. Məni də Sumqayıt idarəsinə rəis vəzifəsinə dəvət etdilər. Az bir vaxtda uğurlu işlər gördüyümü bəyənib, məni 15 idarənin trest müdiri və Metallurgiya Birləşmiş İdarələrin baş direktoru təyin etdilər. 1998- ci ildə bu təşkilat özəlləşməyə gedən vaxtı çalışdım ki, biz bütün təşkilatlar birlikdə qalaq, Kənd Tikinti Nazirliyi və başqa nazirliklər kimi. Ən azından Səhmdar Çəmiyyət  yaratmaq istəyirdik. Amma həmin vaxtı imkan vermədilər və bu Dövlət Şirkəti dağıldı. Sonra həmin 17 təşkilatların çoxu  ayrılıqda işləyə bilmədiyinə görə, öz işlərini bütövlükdə dayandırdılar. Ümumiyyətlə,  həmin vaxt özəlləşmə işi sistemsiz, dərindən düşünmədən, plansız aparıldığına görə, respublikamıza böyük zərər vurdu. Çoxlu texnikalar Türkiyəyə, İrana aparılıb satıldı. Böyük gəlirlə işləyən müəssisələr, kolxozlar, sovxozlar hamısı özəlləşmə pərdəsi altında düşmən xislətli adamların əli ilə dağıdıldı... İndi də onun ziyanını çox  çəkirik. Hələ də kimya sənayemizi, metallurgiyamızı lazım olan səviyyədə qura bilmirik.  Amma başqa MDB respublikalarında belə olmadı. Çoxlu müəssislər, sovxozlar dövlətin tərkibində qaldı. Kolxozların da çoxu bu gün  Rusiyada və Orta Asiya Ölkələrində öz işlərini davam etdirirlər. Elə götürək İsmayıllı rayonundakı  İvanovka kəndinin Nikitin kolxozunu. Həmin vaxt onlar kolxozlarını qoruyub saxladılar və  bəhrəsini görürdülər. Amma Nikitindən sonra bacarıqsız bir adamı həmin kolxoza rəhbər təyin etdilər. Əfsus ki, o, həmin kolxozu yaşada bilmədi… Bilirsiniz, bu gün rəhbər vəzifədə işləyənlərin çoxunda vətənpərvərlik  hissi və rəhbərlikdə səriştəsi  yoxdur. Bununla bağlı ulu öndər Heydər Əliyevin belə bir kəlamı var:  “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır”.

-  Sizinlə bağlı qəzetlərdə  çap olunan məqalələrin bəzilərində yazıblar ki, siz analoqu olmayan bir İstehsalat Birliyinə rəhbərlik etmisiniz.  “Analoqu olmayan”  sözünü neçə başa düşmək  olar?

- Bizim İstehsalat Birliyi, bütün nazirliklərdən, şirkətlərdən  fərqli olaraq, bütün işləri özümüz görürdük. Heç bir podratçı təşkilat dəvət etmirdik. Ona görə də az işlə böyük qazanc əldə edə bilirdik. Yəni heç bir israfçılıq etmirdik. Məhz buna görə də dövlətə çox böyük vergi verirdik. Əfsus ki, bu gün belə təşkilatlar çox azdır.

 - Sizin Metallurgiya Şirkəti dağılmasaydı  indi necə ola bilərdi?

 - Mən çox təəssüf edirəm ki, ağır sənayenin təməlini təşkil edən qara və əlvan metallurgiyanın inkişafında böyük xidmətləri olan Sosialist Əməyi Qəhramanı Kərim Rizayevin vəfatından sonra bu sahəyə rəhbərlik edənlər öz işlərini doğrulda bilmədilər və ona görə də bu şirkət dağıldı.  Əgər o vaxtlar Kərim Rizayevin davamçısı Şamil Məcid oğlu Fərzəliyev  ondan sonra bu işə rəhbərlik etsəydi Metallurgiya Dövlət Şirkəti heç vaxt bu vəziyyətə düşməzdi. Çünki  Şamil Fərzəliyev savadlı mütəxəssisi idi. O, vaxtı ilə Azərbaycan Respublikası Mərkəzi Komitəsində metallurgiya sahəsinin şöbə müdiri kimi bütün işlərin kordinasiyasını təşkil edirdi.  Yüksək potensiala malik olan belə bir kadrı hakimiyyətədə səriştəsiz, bacarıqsız  olan  cəbhəçilər hakimiyyətə gələndə onu  başqası ilə dəyişdilər. Və bununla da Metallurgiya Dövlət Şirkətinin iflası başladı. Baxmayaraq ki, şirkətin   o vaxtkı müavini Yaqub Qara oğlu Əliyev nədənsə  “islahatlar”  adı altında təşkilatları ayrı-ayrılıqda özəlləşdirməyə başladı. Və dövlətə, dövlətçiliyə ziyan vurmaqla lazım olan maddi-texniki bazanı boşaltdılar. Bununla da şirkət uçuruma gedərək, ləğv oldu.  Hətta metallurgiyanın gələcəyini və inkişafını görə bilməyən o vaxtkı rəhbərlik qiymətli əlvan metalları çox ucuz qiymətə satmaqla və ya  lazım olmayan mallarla dəyişməklə öz şəxsi mənafeləri üçün dəyişdirdilər. Hansı ki, elə o vaxtlar yeni texnika və texnalogiyalar almaqla metallugiyanı daha da inkişaf etdirmək olardı. Çox şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahəyə çox çiddi fikir verilməyə  başlanıldı.  Möhtərəm prezidentimiz İlham Əliyev isə bu sahəni daha da genişləndirdi. İndi artıq ağır metallurgiya  Azərbayanda özünün inkişaf yolundadır. Bu sahədə uğurlu işlər görülür.

Amma mən o vaxtlar Pezidentin müşaviri, metallurgiya şirkətinin müavini Yaqub Əliyevə çox müraciət etdim ki, gəlin bu təşkilatı dağıtmayaq. Ona təklif elədim ki, qoy bu şirkət bütün idarələri ilə birlikdə, bir rəhbərlik altında özəlləşsin ki, sonra işləyə bilsin. Lakin onlar razılıq vermədilər. Beləliklə, nəhəng Metallurgiya Dövlət Şirkəti ləğv olundu. Bu şirkətdə işləyənlər də özlərinin layiqli qiymətlərini ala bilmədilər… Mən buna çox təəssüf edirəm. Məhz o vaxt biz çox şey itirdik...

- Qarabağ müharibəsi başlayanda sizin rəhbərliyinizlə Laçında, Cəbrayılda və başqa yerlərdə çoxlu işlər görülüb. Bu haqda nə deyə bilərsiniz?

- Ermənilərlə müharibə başlayanda Qarabağ camaatının oranı tərk etməməsi üçün, həmin  işlər görmək lazım idi. Mən öz razılığımla bu işi Laçından başladım. İnsanlarımızı işə cəlb etməkçün  əsgərlərə yemək və başqa işlərdə lazım olan aliminum, mis qablar istehsal edən zavod tikdirdim. Orada çoxlu insanlar işləməyə başladılar. Sonra məni  Cəbrayıl rayonuna dəvət etdilər. Səngərlərdə, düşmənlə üz-üzə, ön cəbhədə olan əsgərlərimizin vəziyyəti çox pis idi. Onları düşmən güllələrindən qorunmaqçün səngərləri demək olar ki, yox idi. Oranı bütövlükdə gəzdim və qalın metaldan onlarçün Bakıdakı sexlərimizdə səngərlər düzəltdirdim. Həmin qalın metaldan olan səngərləri tez bir zamanda söküb, başqa yerdə quraşdırmaq mümkün idi. Həm də əsgərlərçün 120 tondan çox metaldan istifadə etməklə öz maliyyəm hesabına dəmirdən çoxlu peçlər düzəltdirdim. Bününla da çoxlu əsgər ölümünün qarşısını həm güllədən və həm də soyunqdan ala bildik. Ona görə özümü xoşbəxt saya bilərəm ki, müharibədə çoxlu insan itkisinin qarşısının alınmasında mənim də xidmətlərim olub. Əsgərlərimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günə  Qarabağı faşist, vandal ermənilərdən təmizlədi. İnanın həmin vaxtlar mən sevincimdən ağlayırdım.  Bir günlük local xarakterli müharibə vaxtı torpaqlarımızın ermənilərdən tam təmizlənməsini gördükdə daha çox sevinirdim. Və Allahıma şükür edirdim ki, mənə həmin qələbələri görmək nəsib oldu…

-  Bu qədər xidmətləri olan və  qırx  il rəhbər kimi millətçün çalışan bir insanı  65 yaşında təqaüdə göndərdilər. Axı bu, sizin kimi mütəxəssisə qarşı haqsızlıq idi.

 -  Mənim dövlət müəssisələrində  50 illik iş stacım var. Siz deyən kimi onun qırx  ilini  birinci şəxs kimi əsas rəhbər vəzifələrdə işləmişəm. Rəhbərlikdə bu qədər böyük tərübəsi olan mənim kimi bir mütəxəssisin on beş il bundan qabaq bütün  işlərdən kənarda qalması mənə çox pis təsir etdi. Axı mənim həmin vaxtı sağlamlıq durumuz yerində idi. Və çoxlu işlər görə bilərdim. Mən bir acı həqiqəti deyim. “Yaş senzi”  bu millətə qarşı ən böyük düşmənçilikdir. Bu, 1937-38-ci il repressiyasının mədəni formasıdır. Bu yolla çox bacarqlı mütəxəssisləri işdən uzaqlaşdırmaqla ölkəmizə  böyük və  ağır zərbə vurdular və indi də vururlar…

 - Beləliklə, Veys müəllim ağlının, şüurunun çiçəkləndiyi və böyük iş tərübəsi olduğu bir vaxtda, artıq  on beş  ildir ki, öz bağında  bağban kimi ağaclara qulluq edir və nəvələri ilə oturub vaxtını keçirir…

 - Əlbəttə, bu, ömrünü işə, quruculuğa həsr edən insan üçün çox ağırdır evdə bekar otursun.  Beş övladım, yeddi  nəvəm var. Övladlarımın hamısı ali təhsillidir. İşdən uzaqlaşdırılmağımla, bir tərəfdən onlara da vaxt ayırmaq zamanım oldu.  Mən çox keşməkeşli bir həyat yaşamışam. Mənə bu yolda dostlarım, qohumlarım və rəhmətlik  həyat yoldaşım çox həyan olublar. Ən çətin anlarımda onların ağıllı məsləhətlərini, isti münasibətlərini görmüşəm. Çox əfsus ki, iki ildir həyat yoldaşım haqq dünyasına qovuşub. Bax, bu, mənə ən böyük zərbədir. Atalarımızın belə bir məsəli var: “Həyat yoldaşını itirən kişi  yetim qalır”. Bu, həqiqətən də belədir...

- Sizə bu qədər xidmətlərinizə görə, çəmi 450  manat təqaüd verilər. Buna münasibətiniz neçədir?

- Hə. Bu mənə çox ağır gəlir. Çünki  qırx  il dövlət müəssisələrində, əsas rəhbər vəzifədə işləyən bir insana  verilən təqaüd cəmi 450  manat olduğuna görə, mənim heysiyyatıma toxunur. 450  manat pulla da belə böyük ailəni dolandırmaq çətindir. Uzun illər dövlət müəssisəsində əsas aparıcı rəhbər vəzifədə işləsəm də mənə nə üçünsə dövlət qulluğunda statusu verilmədi. Bir neçə dəfə Əməkdar mühəndis fəxri adına sənədlərim göndərilsə də amma bu fəxri ad da mənə hələ ki, verilməyib. Axı bu niyə belə olmalıdır? Bunun günahkarı kimdir? Axı mən 50 il dövlət müəssisələrində  işlədiyim dövürdə özümü  layiqli və lazımlı mütəxəssis kimi sübut etmişəm. Mənim rəhbərliyim altında işləyən insanlara orden, medallar verilib. Hətta Sosialist Əməyi Qəhrəmanı adını alan da var.  Mən  də prezidentimiz cənab İlham Əliyevin  sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm.  Bundan sonra daha  nəyi sübut etməliyəm ki, mənə Əməkdar mühəndis adını versinlər? Bax,  bu suala cavab tapa bilmirəm...

P. S.  Bundan sonra Veys Xudiyevlə daha qəmli notlar haqqında danışmaq istəmədim. Mən yaxşı bilirəm ki, Veys Xudiyev Gürcüstanda, Borçalı çökəkliyində çox qədim bir nəslin nümayəndəsidir. Onun ulu babası, general Xudu Borçalı həmin bölgə üçün bir vaxtlar çox böyük iş görüb. Böyük qızıl mədənləri olub.  I  çar İraklinin hakimiyyətinin qorunmasında bir sərkərdə kimi əvəzsiz xidmətləri olub. Məhz buna görə I çar  İrakli öz qızını ona  ərə  verib. Biz üç il bundan qabaq Veys Xudiyevlə “Xudu Borçalı və onun şəcərəsi” adlı kitab da yazıb çap etdirmişik. Bu kitab gürcü dilinə də tərcümə olunub və Gürcüstanda maraqla qarşılanıb.  Hətta  gürcülər  Marneulidə Xudu Borçalıya heykəl  ucaltmaq və onun adına bir məktəb də vermək istəyirlər. Amma biz, Veys Xudiyevin layiq olduğu Əməkdar mühəndis adını on ildən çoxdur ki, ona vermirik…

İnsanlara layiq olduqları qiymət vaxtında verilsə çox yaxşı olar. Bu haqq-ədalətin meyarı deməkdir. Mən  inanırıq ki, Sumqayıt şəhərinin 75 illik yubileyində  Veys  Həmid oğlu Xudiyevin  əməyi Sumqayıt şəhər rəhbərliyi tərəfindən qiymətləndiriləcək  və  fəxri adla bağlı onun sənədləri Respublika Prezident Aparatına  göndəriləcək və ona layiq olduğu Əməkdar mühəndis fəxri adı, həm də dövlət qulluğunda statusu ilə təqaüd veriləçək.

Dahi Nizami Gəncəvinin belə bir maraqlı kəlamı var:

          -Məmləkətin dayağı ədalətdir hər zaman,

          Ədalətlə nəsibin səadətdir hər zaman.

Ağalar İDRİSOĞLU, 
yazıçı-rejissor,
Əməkdar inçəsənət xadimi