Advertisment

“Türkiyə qarşı istifadə edilən böyük bir maşa xarici quvələrin əlindən alındı”

Türkiyədə son dövrlər PKK-nın silahı yerə qoyması istiqamətində aparılan işlər çox tərdirə layiqdir. Türkiyə Millətçi Hərəkat partiyasının başqanı Dövlət Baxçalının təşəbbüsü ilə başlayan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstək verdiyi bu proses qısa bir müddətdə öz faydasını verir.

Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə baş verən son siyasi prosesləri şərh edərkən bildirib.

Emin Həsənli hesab edir ki, bu prossesdə bir çox önəmli faktorlar var.

“Ən önəmli faktor Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə son dövr Türkiyə dövlətinin güzlənməsidir. Artıq Türkiyə hərbi sənayesi ordunun təlabatının 80 faizini ödəmək qabliyyətinə malikdir. Silahlanmada və ordunun idarə olunmasında müasir texnologiyaların tətbiqi sözüz ki, Türkiyənin bir güc mərkəzi kimi müfuzuna müsbət təsir edir. Eyni zamanda Suriyanın şimalında Türkiyə ordusunun həyata keçirdiyi uğurlu əməliyyyatlar terror təşkilatını və onun başbilənlərini düşünməyə vadar etdi.

Bu Türkiyə dövlətinin gücüdür.

Emin Həsənli son iki gündə ən çox müzakirə olunan uç partiyanın birgə fəaliyyəti ilə bağlı əldə olunmuş razılaşmaya da münasibət bildirib:
“Üç partiyanın birgə faəliyyətlə bağlı razılaşması Türkiyənin milli maraqları baxımından çox önəmlidir. Öncə AKP və MHP koalisiyasə quruldu və bu koalisiyaya bir neçə kiçik partiyalar da qoşuldu.

İndi isə kürdlərin partiyası kimi tanınan DEM-in bu koalisiyaya qoşulması Türkiyə qarşı istifadə edilən böyük bir maşanın xarici quvələrin əlindən alınmasıdır. 

Bilirsiniz ki, PKK-nın arxasında həmişə xarici güclər durub. Zamanında SSRİ, daha sonra Amerika, Avropa bu gücdən Türkiyə qarşı istifadə edib. İndi isə Türkiyə dövləti problemi bu cür nə həll edir və bu çox önəmli bir məsələdir. 

Bilirsiniz ki, Türkiyədə zamanında sağçı, solçu, ələvi süni ardınca da kürd problemi yaratmağa çalışırdılar. İndi isə bu problemin ən böyüyünün qarşısı alınır.

Bu bütünlükdə Türkiyənin güclənməsinə, regionda və dünyada müfüzünün artmasına, Türkiyə dövlətinin problemlərinin həll edilməsinə, terrorla mübarizəyə sərf olunan milyardlarla vəsait Türkiyə iqtisadiyyatına sərf ediləcəkdir. Bu isə Rəcəb Tayyib Ərdoğanın Türkiyədə və dünyada apardığı uğurlu siyasətin müsbət nəticələrinin göstəricisidir.