Advertisment

Avstraliya şirkəti ABŞ sualtı qayıqları üçün komponentlər hazırlayacaq

Avstraliyanın VEEM şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Virciniya” sinifli çoxməqsədli sualtı nüvə qayıqları üçün ixtisaslaşmış komponentlərin tədarükü ilə bağlı iki sifariş alıb.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, müqavilələrin ümumi dəyəri 800.000 Avstraliya dollarıdır (təxminən 547.000 ABŞ dolları).

Müqavilənin elanı, Amerika və Britaniya hücum sualtı qayıqlarının 2027-ci ilin sonlarından etibarən rotasiya əsasında yerləşdiriləcəyi Avstraliyanın Stirling şəhərində yeni sualtı qayıqların texniki xidmət tapşırıqları ilə üst-üstə düşüb.

Avstraliyanın əvvəlcə bir neçə “Virciniya” sinifli sualtı qayığı alacağı, bundan sonra ölkənin gəmiqayırma zavodlarında nüvə sualtı qayıqlarının istehsalına başlanacağı gözlənilir.

Bəxtiyar CƏFƏRLİ