“Rostex” mütəxəssisləri “Çitadel” zenit artilleriya sisteminin mobil versiyasını hazırlayırlar. Döyüş modulu, eləcə də radar və optik aşkarlama sistemləri nəqliyyat vasitəsinin şassisinə quraşdırılıb.
Herbiand.az bildirir ki, bu barədə Dövlət korporasiyasının mətbuat xidməti məlumat verib.
Korporasiya nümayəndələri deyiblər ki, “Çitadel” stasionar versiyasında döyüş şəraitində öz işini sübut edib. Sistem müxtəlif növ dronları, eləcə də qanadlı raketləri effektiv şəkildə vura bilir. Bundan əlavə, idarə olunan detonasiyaya malik "ağıllı" mərmilər və yeni atəş idarəetmə sistemi sayəsində “Çitadel” standart zenit sistemlərinə nisbətən xeyli az sursat sərf edir.
Bəxtiyar CƏFƏRLİ