Bu gün İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin (EPC) IX Sammiti öz işinə başlayır.
Herbiand.az xəbər verir ki, sammitdə Avropa ölkələrinin 50-yə yaxın dövlət və hökumət başçısının, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir. Tədbir “Güclü, təhlükəsiz və əlaqəli Avropa” şüarı altında keçirilir.
Görüşlərdə Avropanın iqtisadi rəqabət qabiliyyətinin artırılması, enerji təhlükəsizliyi, innovasiya, müdafiə və demokratik dayanıqlılıq məsələləri müzakirə olunacaq.
Sammitin həmsədrləri Avropa Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Maykl Martindir.
Aydın