Advertisment

Rusiya donanmasının iki gəmisi Hindistan limanına gəlib

Rusiya Hərbi Dəniz Qüvvələrinin "Marşal Şapoşnikov" freqatı və "Admiral Tributs" böyük sualtı qayıq əleyhinə gəmisi "Peçenqa" tankerinin müşayiəti ilə Hindistanın Koçin limanına işgüzar səfərə gəlib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, gəmilər Rusiya səfirliyinin və Hindistan Hərbi Dəniz Qüvvələri komandanlığının nümayəndələri tərəfindən qarşılanıb.

Müdafiə Nazirliyi əlavə edib ki, gəmilər işgüzar səfər çərçivəsində su və yanacaq ehtiyatlarını dolduracaq, həmçinin protokol görüşləri keçiriləcək.

Bəxtiyar CƏFƏRLİ