Advertisment

KİV: İsrail-Suriya danışıqlarının yekunlaşmasına az qalıb

İsrail və Suriya arasında danışıqlar davam edir.

 

Herbiand.az xəbər verir ki, anonim mənbənin “Əl Ərəbiyyə”yə verdiyi məlumata görə, danışıqların yekunlaşmasına az qalıb.

 

Mənbə əlavə edib ki, İsrail Suriyanın bölünməsi ilə bağlı çağırışları dəstəkləmir və bunu həm ABŞ-a, həm də Suriyaya bildirib.

 

İsrail hətta Suriyanın Süveyda bölgəsindəki druzların lideri Hikmət əl-Hicrini dəstəkləmədiyini vurğulayıb.

 

Bundan başqa, İsraildən Süveydəyə humanitar dəhlizin yaradılması müzakirə olunmur və hər hansı bir humanitar dəhliz açılsa, bu, Dəməşqdən Süveydəyə açılmalıdır.

 

Qeyd edək ki, Suriya və İsrail bir neçə dəfə danışıqlar aparıb və bu diplomatik danışıqlar Bakıda da baş tutub.