Advertisment

“Kiyev rus dilinə rəsmi status verməyə hazırdır” - Ukrayna KİV

Ukrayna prezidenti Vladimir Zelenski sülh danışıqları ilə bağlı mövqeyini dəyişib və indi rus dilinə rəsmi status verməyə hazırdır. Həmçinin, Moskva Patriarxlığının tərkibində olan Ukrayna Pravoslav Kilsəsini qadağan edən qanunu ləğv etməyə razıdır.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna mediası yazır.

Ukraynalı jurnalistlər bu qənaətə Rusiyanı regional və azlıqların dilləri üzrə Avropa xartiyasının müdafiəsindən məhrum edən qanun layihəsini geri götürdükdən sonra gəliblər. Avropa İttifaqı və Kiyev tərəfindən hazırlanan atəşkəs sazişi layihəsində də hər iki tərəfin “qarşılıqlı anlaşmanı və dil, mədəni və dini müxtəlifliyə hörməti” gücləndirməyi öhdəsinə götürdüyü bildirilir.

“Əgər bu, həqiqətən də belədirsə, o zaman söhbət rəsmi Kiyevin sülh nizamlanması ilə bağlı mövqeyində tektonik dəyişiklikdən gedir”, - Strana.ua qeyd edir.

Bununla belə vurğulanır ki, Ukrayna hakimiyyəti bundan əvvəl daxili siyasəti dəyişmək niyyətində olmadığını bəyan etmişdi, hətta sülh müqaviləsi bağlamaq üçün belə bir şərt olarsa.

Bəxtiyar CƏFƏRLİ