“Lancet” kəşfiyyat-zərbə kompleksinin hərəkətli sursatları cəbhə xəttindəki ən təsirli silahlardan biri olaraq qalır. Bu dronlar artıq 500-dən çox Ukrayna tankını sıradan çıxarıb.
Herbiand.az xəbər verir ki, bu barədə ZALA şirkəti Dubai Airshow 2025 sərgisi ərəfəsində bildirib.
Qeyd edilib ki, bu siyahıya həmçinin milyonlarla dollar dəyərində 60-dan çox Qərb istehsalı olan nəqliyyat vasitələri daxildir. Bunlara Abrams (ABŞ), Leopard-2 (Almaniya) və Challenger-2 (Britaniya) tanklarını misal çəkmək olar.
Şirkət bu məlumatların açıq mənbələrə əsaslandığını qeyd edib: “Lancet” sistemləri yalnız zirehli texnikalara qarşı istifadə olunmur. Sistemin operatorları 260-dan çox Amerika M777 haubitsası, 100-dən çox M109 özüyeriyən qurğu və 60-dan çox Polşa AHS “Krab”-ını məhv edib. Eləcə də ABŞ-ın Bradley piyada döyüş maşınları və Ukrayna tərəfinin mümkün qədər uzaq və gizli mövqelərdən istifadə etməyə çalışdığı HIMARS sistemləri də daxil olmaqla yüzlərlə digər nəqliyyat vasitəsi zərərsizləşdirilib.
Bəxtiyar CƏFƏRLİ