Advertisment

Ukrayna ordusu Britaniyanın Terrahawk Paladin zenit sistemindən istifadə edir

Ukrayna ordusunda MSI-DS Terrahawk Paladin mobil zenit artilleriya sistemi görüntülənib. Bu sistem MAN HX yük maşınının şassisinə quraşdırılıb və Britaniyanın MSI-Defense Systems Ltd. şirkəti tərəfindən hazırlanıb.

Herbiand.az bildirir ki, sistem dronların, helikopterlərin və yüngül təyyarələrin hücumlarını dəf etmək, eləcə də yerüstü hədəflərə qarşı istifadə üçün nəzərdə tutulmuş modul qısa mənzilli zenit platformasının inkişaf etmiş versiyasıdır.

Sistemin əsasını 30 mm-lik topa malik məsafədən idarə olunan döyüş modulu təşkil edir. Terrahawk Paladin hədəfləri müəyyən etmək və izləmək üçün dairəvi radar və elektro-optik modulu birləşdirir. Sensorların bu kombinasiyası sistemin gecə-gündüz və aşağı görünülü şəraitdə işləməsinə imkan verir. Böyük Britaniya bu sistemlərin istehsalını 2023-cü ilin oktyabr ayında Ukraynaya köçürmək məqsədi ilə maliyyələşdirib.

Ukrayna Silahlı Qüvvələrinə bu sistemlərin əlavə edilməsi dron əleyhinə imkanlarını artırır. Lakin köçürülən sistemlərin sayı məhdud olduğundan cəbhədəki ümumi vəziyyətə əhəmiyyətli təsiri gözlənilmir.

Bəxtiyar CƏFƏRLİ