Hamımızın günahları var, bəzilərinin az, bəzilərinin isə çox. Güman edilir ki, mənim bir az daha çox günahım var.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
O, bunun məsuliyyət səviyyəsi və vəzifəsinin xüsusiyyətləri ilə bağlı olduğunu izah edib. Paşinyan hər həftə kilsəyə gedib günahlarının bağışlanması üçün etiraf etdiyini bildirib.
Paşinyan hesab edir ki, Ermənistanda mənəvi bərpa prosesi gedir: "Mənəvi həyatım, yoldaşlarımın və tərəfdarlarımın mənəvi həyatı tamamilə bərpa olunub. Bu gün liturgiyada baş nazir kimi deyil, Erməni Apostol Kilsəsinin adi davamçısı kimi iştirak edirəm".