Advertisment

“NATO Rusiyanı Baltik dənizində təcrid etmək istəyir” - Zaxarova

NATO artıq Rusiyanı Baltik dənizində tamamilə təcrid etmək istəyini gizlətmir.

Herbiand.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, alyansın belə planlarının uğursuzluğa məhkum olduğunu vurğulayıb: “NATO-da uzun müddətdir ki, Baltik dənizini öz daxili sularına çevirməyi, Rusiyanı tamamilə təcrid etməyi xəyal edirlər. Bu planlarını xüsusilə gizlətmirlər”.

Zaxarova qeyd edib ki, Rusiya Baltik icmasının tamhüquqlu iştirakçısı olub və olmaqda davam edir: “2025-ci ildə alyans “Baltik gözətçisi” missiyasına başlayıb və bu missiya vasitəsilə hazırda regionda öz naviqasiya qaydalarını müəyyən etməyə çalışır. NATO müttəfiqləri ilk növbədə nəzarəti ələ keçirməyə və sonra mümkün qədər Rusiyanın dəniz yük daşımalarını məhdudlaşdırmağa çalışırlar”.

Bəxtiyar CƏFƏRLİ